Fransadakı etiraz aksiyalarının təşkilatçılarından biri ermənidir

Fransadakı etiraz aksiyalarının təşkilatçılarından biri ermənidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sarı jiletlilər”in Fransada keçirdikləri etiraz aksiyalarının fəal təşkilatçılarından biri erməni əsilli Hayk Şaqinyandır.

“Report” xəbər verir ki, məlumatı “Euronews” yayıb.

H.Şaqinyan bildirib ki, “sarı jiletli”lər 2019-cu ilin mayında Avropa Parlamentinə keçiriləcək seçkilərə siyasi qüvvə kimi qatılacaq.

O, 2018-ci ilin aprel-may aylarında Ermənistanda keçirilən etiraz aksiyalara dəstək məqsədi ilə Fransada təşkil olunan yürüşlərə də qatılıb.

Qeyd edək ki, noyabrın 17-dən Fransada etiraz aksiyaları başlayıb. “Sarı jiletlilər”in təşkil etdiyi aksiyalara qatılanlar hökumətin ölkədə yanacağın qiymətinin bahalaşmasına dair hazırladığı layihəyə etiraz edirlər.