Fransada prezidenti “edam” edən 3 nəfər həbs olunub

Fransada prezidenti “edam” edən 3 nəfər həbs olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın cənub-qərbində ölkə prezidenti Emmanuel Makronun edamını imitasiya etməkdə şübhəli bilinən 3 nəfər həbs olunub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Sud-Ouest” qəzeti yazıb.

Nəşrin məlumatına görə, iki kişi və bir qadın Fransa prezidentinə bənzəyən kukla ilə Makronun edamını yamsılamaları ilə əlaqədar olaraq Anqulem şəhər polisinə çağırılıblar. Onların hər üçü dərhal həbs olunub.

Hadisə ötən həftə baş verib. Anqulemdə nümayişçilər Fransa prezidentinə bənzəyən kuklanın başını kəsərək yandırıblar.

Yerli prokurorluq faktla bağlı araşdırmaya başlayıb.