Fransanın Kale şəhərində qanunsuz miqrantlar arasında toqquşmalar baş verib.
Fransanın Kale şəhərində qanunsuz miqrantlar arasında toqquşmalar baş verib.
TİA.AZ xəbər verir ki, ilkin məlumata görə, qarşıdurma Eritreya və Efiopiya vətəndaşları arasında baş verib.
İnsident nəticəsində azı 10 nəfər xəsarət alıb. Polis qarşıdurmanın qarşısını almaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib.
Məlumata görə, insident “Cəngəllik” adlanan qaçqın düşərgəsinin yaxınlığında baş verib.