Fransada kişi sürücülər yubka geyindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Nant şəhərində avtobus və tramvay sürücüləri isti havalarda şortik geyinmək tələblərinin rədd cavabı almasına yubka geyinərək etiraz ediblər. 

Fransanın Nant şəhərində avtobus və tramvay sürücüləri isti havalarda şortik geyinmək tələblərinin rədd cavabı almasına yubka geyinərək etiraz ediblər.

TİA.AZ xəbər verir ki, nəqliyyat şirkətinin təmsilçisi Qabriel Maqner qadın iş yoldaşlarının yubka geyindiyini, kişi sürücülərə isə belə bir icazənin verilmədiyini deyib.

Etirazçılar 2013-cü ildən bəri vəziyyətlə mübarizə apardıqlarını, lakin şirkətin marka nüfuzunu qorumaq üçün buna razılıq vermədiyini bildiriblər.