Fransanın Şato-Şalon kəndində naməlum şəxslər kilsədə “müqəddəs suyu” konyakla ilə dəyişiblər.
Fransanın Şato-Şalon kəndində naməlum şəxslər kilsədə “müqəddəs suyu” konyakla ilə dəyişiblər.
TİA.AZ-ın xəbərinə görə, bu barədə şənbə günü, sentyabrın 9-da, AFP nəşri yerli turizm mərkəzinə istinadən məlumat yayıb.
Hadisə avqustun sonlarında baş verib, lakin KİV-ə bu barədə yalnız ötən gün məlum olub. Yerli kilsəyə girişdə turistlər spirtli içkinin iyini hiss ediblər və bunun ənənə olması barədə maraqlanıblar.
Araşdırma zamanı məlum olub ki, naməlum şəxslər “müqəddəs suyu”n saxlandığı qaba bir litr konyak töküblər. Kilsədə xidmət aparılmadığı üçün, bu barədə heç kimin məlumatı olmayıb.
Hadisəni törədənləri şəxsiyyəti indiyə qədər müəyyən olunmayıb.