Fransada iki hərbi helikopter toqquşub, 5 nəfər həlak olub

Fransada iki hərbi helikopter toqquşub, 5 nəfər həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər Fransanın Var departamentində, Karkes gölü yaxınlığında havada iki hərbi helikopter toqquşub.

Bu barədə TİA.AZ “Sputnik”ə istinadən xəbər verir.

Bildirilir ki, toqquşma nəticəsində 5 nəfər həlak olub, 6-cı sərnişinin taleyi məlum deyil.

Yerli hakimiyyət orqanları hadisənin araşdırılmasına başlayıb. Polisə məxsus helikopter hadisə yerinə gəlib.

Qəzanın səbəbləri hələlik məlum deyil.