Fransada qızların dövlət məktəblərində hicab geyinməsi qadağan edilib.
Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, Fransada dövlət məktəblərində müsəlman qızlar üçün qərar verilib.
Fransada dövlət məktəblərində xüsusilə müsəlman qızların üstünlük verdiyi “çarşaf və əba” kimi boş və uzun paltarların geyinilməsinin qadağan ediləcəyi açıqlanıb.
Fransanın təhsil naziri Qabriel Attal televiziya proqramına verdiyi müsahibədə, “Mən qərara gəldim ki, (müsəlman qız tələbələr) artıq məktəblərdə çarşaf taxmasınlar. Sinifə girəndə sadəcə geyimlərinə baxaraq tələbələrin dinini müəyyən edilə bilinməsin”.
Qeyd edək ki, Fransada 2004-cü ildə məktəblərdə hicab, 2010-cu ildə isə ictimai yerlərdə hicab taxmaq qadağan edilib. Dini simvolların dövlət məktəblərində yer almasını istəməyən Fransa bu cür qərarlar üçün öz “dünyəvi dəyərlərini” qoruduğunu bildirir.