Fransada Azərbaycana qarşı kampaniya başladıbackend

Fransada Azərbaycana qarşı kampaniya başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın paytaxtı Parisdə Azərbaycan əleyhinə kampaniya başladılıb. Tribunainfo.az xəbər verir ki, bu barədə “Ermənistan Xəbərləri” saytı məlumat yayıb.
Həmin xəbərdə deyilir ki, “naməlum şəxslər” Parisin turistlər çox olan məkanlarında üzərində “Azərbaycanda 23 erməni girov saxlanır” sözləri yazılmış plakatlar yapışdırırlar.
Həmin plakatlar Luvrun ərazisində, Eyfel qülləsində, Sena sahillərində, hətta Azərbaycanın Fransadakı səfirliyinin yanında da yapışdırılıb.
Qeyd edək ki, bu prosesi erməni diasporu Fransa hökumətinin dəstəyi ilə həyata keçirir. Məqsəd bu şəkildə Azərbaycana təzyiq göstərmək, ölkəmizi “işğalçı”, “hərbi qanunlara əməl etməyən” dövlət kimi təqdim etməkdir.