DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində daha 8 oyun keçirilib.
Tribunainfo.az xəbər verir ki, A qrupunda Almaniya səfərdə Şimali İrlandiyaya minimal hesabla qalib gəlib, Slovakiya evdə Lüksemburq üzərində inamlı qələbə qazanıb.
B qrupunda İsveç öz meydanında Kosovoya uduzub, Sloveniya – İsveçrə görüşündə qapılara qol vurulmayıb.
D qrupunda Azərbaycan millisi səfərdə Ukrayna seçməsinə məğlub olub, Fransa yığması isə İslandiya ilə səfər oyununda xal itirib.
Nəhayət, J qrupunda Belçika səfərdə Uelsi üstələyib, Şimali Makedoniya isə doğma meydanda Qazaxıstanla heç-heçə edib.
DÇ-2026
Seçmə mərhələ
13 oktyabr
A qrupu
22:45. Şimali İrlandiya – Almaniya – 0:1
22:45. Slovakiya – Lüksemburq – 2:0
B qrupu
22:45. İsveç – Kosovo – 0:1
22:45. Sloveniya – İsveçrə – 0:0
D qrupu
22:45. İslandiya – Fransa – 2:2
22:45. Ukrayna – Azərbaycan – 2:1
J qrupu
22:45. Uels – Belçika – 2:4
22:45. Şimali Makedoniya – Qazaxıstan – 1:1