“Mən Fransa prezidenti Emmanuel Makronu və Fransa dövlətini Ermənistan üçün ən təhlükəli düşmən hesab edirəm. Çünki Fransa 1921-ci ildə erməni Kilikiyasını türklərə verdi. Hətta 2022-ci ildə Praqada Qarabağın Azərbaycanın bir hissəsi kimi tanıyan sənəd imzaladı”. Tribunainfo.az xəbər verir ki, bunu politoloq Qaqik Hambayan deyib.
Onun sözlərinə görə, ruslar yaxşı tərəfdaş deyillər. “Təəssüf ki, bizim Rusiyanı əvəz edəcək başqa müttəfiqimiz yoxdur”.
Hambaryan qeyd edib ki, Fransanın Ermənistanı dəstəkləməsi Türkiyəyə görədir. “Fransa bir gün durub demədi ki, əziz erməni xalqı, məsələn, Rusiyanın 102-ci hərbi bazasını Ermənistandan çıxarın, mən orda əvəz edəcəm. Fransa bizə çox açıq şəkildə bildirir ki, Cənubi Qafqaz Türkiyəyə vermək üçün Nikolun əli ilə ruslardan xilas olur. Çünki Türkiyə təkcə ABŞ üçün deyil, həm də çox vacib və əvəzolunmaz tərəfdaşdır”.