Fransa səfiri qəzada həlak olanların xatirəsini yad etdi

Fransa səfiri qəzada həlak olanların xatirəsini yad etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

 

Fransanın Azərbaycandakı səfiri Ann Buayon dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad edib.

 

Bu barədə səfirliyin X hesabında paylaşım edilib. “Bu gün səhər Fransanın Azərbaycandakı səfiri dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq hava limanındakı xatirə lövhəsinin önünə gül dəstəsi qoyub. Düşüncələrimiz qurbanlar, onların ailələri və yaxınları ilədir”, – paylaşımda bildirilib.

 

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Axar.az