backend

Fransa qastronomiyası və Frankofoniya günü keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yazında Bakıda Fransa qastronomiyası və Frankofoniya gecəsi keçiriləcək. 

Bu ilin yazında Bakıda Fransa qastronomiyası və Frankofoniya gecəsi keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə müşaviri Yohan Şiterer məlumat verib.

Onun sözlərinə görə, Fransa qastronomiyası həftəsi martın ilk yarısı, Frankofoniya günü isə aprelin 3-dən start götürəcək.

Ənənəvi olaraq keçirilən Frankofoniya günü çərçivəsində bir sıra tədbirlər, o cümlədən frank dilində danışan ölkələrin “Kino həftəsi” planlaşdırılır.

Müşavirin sözlərinə görə, tədbirlərin keçirilməsində məqsəd fransız dili və mədəniyyətinin populyarlaşdırılmasıdır. “Biz şadıq ki, Azərbaycanda fransız dili inkişaf etməkdədir”, – deyə o bildirib.

Qeyd edək ki, Frankofoniya günü hər il Bakıda yazda keçirilir. Frankofoniya fransız dilində danışan insanları birləşdirir. 1970-ci ildən eyni adlı təşkilat da fəaliyyət göstərir və o, dünyanın frankdilli ölkələrinin əməkdaşlığı ilə məşğuldur.