FRANSA NİYƏ ERMƏNİLƏRİ DƏSTƏKLƏYİR? – DEPUTATDAN ŞƏRHbackend

FRANSA NİYƏ ERMƏNİLƏRİ DƏSTƏKLƏYİR? – DEPUTATDAN ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın ermənipərəst mövqe tutmasına bir sıra aspekdən yanaşmaq lazımdır. Əvvəla, bu, tarixi bir məsələdir. Tarixi Türk düşmənçiliyi, islamafobiya, türkofobiyadır. Fransızların Osmanlılara, bizlərə olan tarixi qısqanclığıdır.

Bu fikirləri Tribunainfo.az-a açıqlamasında millət vəkili Vüqar İsgəndərli bildirib. Deputat qeyd edib ki, Fransada seçkilər zamanı hər namizədin dadına ermənilər çatır. Buna görə də Fransa rəhbərliyi mevqeyində ermənipərəstliyə üstünlük veri:

“Fransada ermənilərin məskunlaşması uzun illərə dayanır. Onların əksəriyyəti həm çoxdan, həm də indi siyasi fəaliyyətlə məşğuldur, fransızlarla çoxdan qaynıyıb qarışıblar. Orada ailə qurublar, Fransada həyatın bütün sahələrinə inteqrasiya ediblər. Onların Fransada çoxluq təşkil etməsi, orada hər sahədə özlərinə yer etməsi seçkilər zamanı Fransa prezidentlərinin də dadına çatır. Namizədlər həmişə Fransada erməni kartından istifadə edib”.

Millət vəkilinin fikrincə, Emanuel Makron isə öz təcrübəsizliyinin qurbanıdır:

“Son prezident Makron isə təcrübəsizliyindən, dünya siyasətini dərin bilməməyindən, ümumiyyətlə, tarixdən bixəbərliyindən irəli gələrək bizə qarşı daha çox radikal mövqe tutur. Azərbaycan və Türkiyənin əleyhinə fikirlər səsləndirir. Prezidentlərin siyasi xarizmasını qısqanır, bu kompleks onda çox ciddi hiss olunur. Makronun davranışları da Fransanın xarici siyasətinə öz təsirini göstərir, ölkənin nüfuzunu dünyada aşağı salır. Makron atdığı addımlarla, qəbul etdiyi qərarlarla dünyanı özünə güldürür.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi, bugünkü uğurları, ölkə prezidentinin siyasi dünya görüşü, siyasi xarizması, dünyadakı nüfuzu da Makronu qıcıqlandıran amillərdəndir.
Buna görə də, bu gün Fransa erməniyə və Ermənistana böyük bacılıq edir. Biz bu bacılara dırnaqarası uğurlar arzulayırıq, bu onların öz seçimləridir. Hər dövlət özünə bacını – qardaşı özü seçir. Bu onların seçimidir. Lakin əsas məsələ budur ki, Fransa və digər ermənipərəst siyasət yürüdən ölkələr bilməlidilər ki, Azərbaycanın öz getdiyi yol var, Azərbaycan bu gün güclü ölkədir, Azərbaycanın mövqeləri həm dünya çapında, həm bölgədə möhkəmdir. Bu güclənmə prosesi uğurla davam etdirilir və düşünürəm ki, heç bir kənar qüvvə Azərbaycanın milli maraqlarından və Azərbaycanın getdiyi bu uğurlu yoldan çəkindirə və döndərə bilməz”.

Nigar