FRANSA JANDARMASI ERMƏNİSTAN SƏRHƏDLƏRİNİ DEYİL, PAŞİNYANI QORUMAĞA GƏLİR…backend

FRANSA JANDARMASI ERMƏNİSTAN SƏRHƏDLƏRİNİ DEYİL, PAŞİNYANI QORUMAĞA GƏLİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının Ermənistanla Azərbaycan sərhəddinə göndərdiyi mülki missiya adında müşahidə qurpu əsasən silahlı fransız jandarmlardan ibarətdir. Belə bir qrupu mülki missiya adlandırmaq olmaz. Hətta müşahidə missiyasının silahlı olacağı barədə erməni ictimaiyyətinə məlumat verilməyib.

Tribunainfo.az xəbər verir ki, bu barədə siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib. onun gözlərinə görə, görünür, Fransızlardan ibarət silahlı jandarma sərhəddə müşahidə missiyası adi ilə birbaşa N. Paşinyanı Rusiyanın çevriliş cəhdindən qoruyacaq:

“Demek olar ki, Fransanın silahlı hərbiçiləri birbaşa Ermənistanda N. Paşinyanı qoruma altına alıb. Və Ermənistan Rusiyanın deyil, Fransanın forpostluğunu qəbul etdi.

Avropa İttifaqının Azərbaycanla sərhəddə göndərdiyi mülki adı qoyduğu 200 nəfərdən ibarət qrup birbaşa silahlı dəstələrdən ibarətdir. Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədə Rusiyanın deyil, Fransanın hərbiçilərini yerləşdirməklə, “təhlükəsizliyini” Parisə verir”.