Fransa İsraildə də ermənilərə havadarlıq etməyə başlayıb.
Bakupost.az erməni Teleqram kanallarına istinadən xəbər verir ki, bu ölkənin Ermənistandakı səfirliyi İsraili Yerusəlimin cənub-qərb hissəsindəki erməni məhəlləsinin (Koveru Partez) sakinlərinə qarşı zorakılığı təcili dayandırmağa çağırıb.
“Fransa İsrailli köçkünlərin əhaliyə şiddətli təzyiq göstərdiyi İçərişəhərin erməni məhəlləsində davam edən gərginliyi narahatlıqla izləyir”, – deyə səfirliyin X hesabındakı paylaşımda bildirilir.
Qeyd edək ki, bu günlərdə erməni məhəlləsində daha bir insident baş verib. İsrail polisi biri azyaşlı olmaqla dörd ermənini saxlayıb. Onlar gecə yarısı sərbəst buraxılıblar.