Fransa ilə əməkdaşlığı dayandıran Çad ordusuna Türkiyə təlim keçəcək

Fransa ilə əməkdaşlığı dayandıran Çad ordusuna Türkiyə təlim keçəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa ilə hərbi əməkdaşlıq müqaviləsinə son qoyan Çad Türkiyə ilə əməkdaşlığını genişləndirəcək.

 Tribunainfo.az xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.

“Məlumata görə, 31 yanvara qədər Fransız əsgərlərini yola salacaq Çad administrasiyası Türkiyə ilə əməkdaşlığını gücləndirəcək. Müdafiə müqavilələrinə əlavə olaraq, Türkiyə Silahlı Qüvvələri Çad ordusuna təlim keçəcək”, – deyə məlumatda bildirilir.

Məqalədə son beş-altı ildə Türkiyənin Çada hərbi qulluqçuların hazırlığı və silah satışı sahəsində dəstək göstərdiyi vurğulanır.

Bundan əvvəl Çad Respublikasının xarici işlər naziri Abderaman Kulamalla Fransız qoşunlarının çıxarılmasından sonra ölkəsinin, o cümlədən Rusiyanı da əhatə edən digər dövlətlərin hərbçilərini dəvət etməkdən imtina etmək niyyətində olduğunu bəyan etmişdi. Onun sözlərinə görə, ölkə öz müdafiəsini təmin etmək üçün kifayət qədər resurslara malikdir.

Xatırladaq ki, noyabrın sonunda Çad keçmiş metropoliyası Fransa ilə müdafiə əməkdaşlığı müqaviləsini ləğv etdiyini bildirmişdi. Dekabrın 10-da “Reuters” agentliyi Fransa hərbi təyyarələrinin Çaddan çıxarılmasına başlandığını xəbər vermişdi.