Azərbaycan Fransaya Humanitar yüklərin təyyarə ilə Füzuli hava limanına və oradan Xankəndi-Ağdam yolu ilə daşınmasını təklif verməlidir. Fransa imtina edəcəksə, Azərbaycanın mövqeyi güclənəcək. Demək, rəsmi Paris “Humanitar aksiyadan” siyasi ambisiyalarını həyata keçirmək üçün istifadə edir.
Tribunainfo.az xəbər verir ki, bu təkliflə siyasi şərhçi Məhəmməd Əsədullazadə çıxış edib. O bildirib ki, Fransa Ermənistan ərazisindən bunu həyata keçirməklə, Azərbaycanın ərazi bütövlüyünə qəsd edir. Baxmayaraq ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır:
“Xankəndidə Azərbaycan humanitar yüklərinin qarşısını alan Rusiyadır. Rusiya proseslərin böhrana yuvarlanmasını, Azərbaycana qarşı təzyiqlərin artırılmasında maraqlıdır. Həmçinin Moskva separatçıları qorumaqla, Azərbaycanın reinteqrasiya siyasətinin qarşısını alır”.