Fransa hökuməti geri çəkildi – “Sarı jiletlilər” qalib gəldi

Fransa hökuməti geri çəkildi – “Sarı jiletlilər” qalib gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada tətbiqi planlaşdırılan yeni vergi ödəmələri planı ləğv edilib.

TİA.AZ report-a istinadən xəbər verir ki, bunu Fransanın Baş naziri Eduard Filipp bildirib.

O, bu qərarı parlamentdə təmsil olunan siyasi partiyaların deputatları ilə görüşdə açıqlayacaq.

 Qeyd edək ki, noyabrın 17-dən benzinə tətbiq edilən verginin 2,9 faiz, dizelə isə 6,5 faiz artırılacağına qarşı Fransada “sarı jiletlilər”in etiraz aksiyası keçirilir. Bu vergi ödəməsinin 2019-cu il yanvarın 1-dən həyata keçirilməsi planlaşdırılmışdı.