Fransanın Ermənistandakı səfiri Olivier Decotigny yenə Qarabağdan könüllü köçmüş ermənilər barəsində danışıb. Tribunainfo.az xəbər verir ki, o, bu dəfə də ermənilərin Qarabağa qayıtmaq hüququndan danışıb.
Səfir deyib: “Öz torpaqlarından qovulmuş, qayıtmaq hüququ Beynəlxalq Məhkəmə tərəfindən təsdiqlənmiş Qarabağ ermənilərini unutmayaq”.
Qeyd edək ki, Fransa hər vəchlə ermənilərin mövqeyini qorumağa və müdafiə etməyə çalışır. Bununla həm də Azərbaycana təzyiq edəcəklərini düşünürlər.