Fransa Cənubi Qafqazda sülhə buna görə mane olur – Ekspert

Fransa Cənubi Qafqazda sülhə buna görə mane olur – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Azərbaycana qarşı qərəzli, məntiqsiz, beynəlxalq hüquqa zidd, hətta yalan dolu iddialarının səbəbi tək “ermənipərəslik”, və ya erməni loppisinin təsiri deyil – əslində bu Britaniyanın qarşısında olmaq, “anqlosaks” dünyasına “kafa tutmaqdır”. Hətta üzdə Rusiya ilə sözdə “dava-dava” oynasalar da, məhz “anqlosaks” dünaysı ilə mücadilədə gizli müttəfiqdirlər.

Tribunainfo.az xəbər verir ki, bu barədə REAL Partiyasının üzvü Natiq Cəfərli yazıb. O bildirib ki, bu gün Cənubi Qafqazda qalıcı, dayanıqlı sülh olmasına mane olan ən böyük qüvvə Rusiyadır:

“Azərbaycan-Türkiyə müttəfiqliyi və Bakının atdığı beynəlxalq hüquqa uyğun addımlar, ərazi bütövlüyümüzün tam bərpası Kremlin bölgəmizə təsirlərini xeyli azaltdı, bir də ayıldılar ki, NATO dövləti olan qardaş Türkiyə Cənubi Qafqazda artıq oyun qurucudur, ciddi güc mərkəzidir (həm də Azərbaycanın Britaniya ilə özəl, yaxşı münasibətləri var – Fransa həmişə Britaniyanın qarşısında olmaq istəyir). Moskva anlayır ki, indi sülh müqaviləsi də bağlansa, bu bölgəyə təsirləri tam azalacaq, rıçaqlar əlindən tamənən çıxacaq. Rusiyadan boşalacaq yeri ABŞ və Britaniya tuta bilər, bu Moskvaya da sərf etmir, ona görə də, Fransa ilə müyyən anlaşmalara gedə bilər.

Əgər Fransa Cənubi Qafqazda dayanıqlı sülhə mane olan addımlar atırsa, deməli Kremlin əlinə oynayır, eyni maraqlardan çıxış edirlər. Eyni şey Afrikada da baş verir – Fransanın ənənəvi təsir dairəsində olan ölkələri Paris Kremlə təhvil verdi, zatən əlində saxlaya bilmirdi, Moskvaya verməsəydi, ABŞ-Britaniya, və ya Çin götürə bilərdi. Ukraynada da bənzər “oyuna” getmək istəyirlər, Parisin israrla “qoşun yeridəcəyik”, sözləri boş yerdən yaranmayıb, bütün NATO, o cümlədən ABŞ deyir ki, bu olmaz, mümkün deyil, amma Fransa israrla bu məsələni gündəmə gətirir, çünki, Kremllə bu məsələdə də maraqları uyğun gələ bilər – Fransa qoşun göndərsə, Ukraynada həmən “Koreya variantı” olacaq, Ukraynavari “38-ci pararlel” yaranacaq, münaqişə dondurulacaq ki, bu da Moskvanın maraqlarına tam uyğundur”.

N.Cəfərli bildirib ki, Fransa bu gün faktiki Rusiya ilə birgə davranır, sözdə “dava” etsələr də, bir-birinin maraqlarına “oynayırlar”. Bizim XİN məsələni məhz belə təqdim etməyi bacarmalıdır, bu təqdimat Fransanın əlini xeyli zəiflədəcək”.

Nigar