Fransa siqaretlə mübarizə üçün birdəfəlik elektron siqaretləri qadağan etməyi planlaşdırır.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, bir çox Avropa ölkələri qadağa planını qüvvəyə mindirib. Belçikada onlayn satış qadağan edilib, İrlandiyada qadağa ilə bağlı milli məsləhətləşmə prosesi gedir. Almaniyada isə hökumət bütün ətirli elektron siqaretləri qadağan edib.
FransaBaş nazir Elizabet Born verdiyi açıqlamada, Fransada siqaretlə mübarizə üzrə milli plan çərçivəsində birdəfəlik elektron siqaretlərin qadağan ediləcəyini bildirib.
Born RTL nəşriyyatına bildirib ki, hökumət tezliklə siqaretlə mübarizə üçün yeni milli plan təqdim edəcək, xüsusən gənclərə pis vərdişlər aşılayan birdəfəlik elektron siqaretləri qadağan edəcək.
Belçikada onlayn satış qadağandır. İrlandiyada qadağa ilə bağlı milli məsləhətləşmə prosesi gedir. Almaniyada hökumət ətirli elektron siqaretləri qadağan edib.
Avstraliya elektron siqaretləri yalnız reseptlə satmaq, tərkibindəki nikotin miqdarını azaltmaq və ləzzətini məhdudlaşdırmaq üçün addımlar atıb.
Oxşar addımlar Yeni Zelandiyada da atılıb, əksər birdəfəlik elektron siqaretlər qadağan edilib və marketinqi uşaqlar üçün məhdudlaşdırılıb.
İrlandiyada aparılan araşdırmalar göstərir ki, elektron siqaretdən istifadə edən gənclərin siqaret çəkməyə başlama ehtimalı istifadə etməyənlərə nisbətən beş dəfə çoxdur.