Fransa Britaniyanı xəritədən sildi – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa məktəblərində şagirdlərə paylanan kitabçadakı Avropa Birliyinin xəritəsində Britaniyaya yer verilməyib. 

Fransa məktəblərində şagirdlərə paylanan kitabçadakı Avropa Birliyinin xəritəsində Britaniyaya yer verilməyib.

TİA.AZ “Yeni Şəfəq”ə istinadən xəbər verir ki, şagirdlərə verilən kitabça 2007-ci ildən etibarən hər il nəşr edilir. Kitabçanın bu ilki sayında Britaniyanın AB xəritəsindən çıxarılması ilə bərabər onun bayrağı da AB üzvlərinin bayraqları arasında verilməyib.

Qeyd edək ki, Britaniya bir müddət əvvəl AB-dən çıxmaqla bağlı danışıqlara başlayıb. Danışıqların 2018-ci ildə bitməsi və Britaniyanın yekun olaraq AB-dən ayrılması gözlənilir.

Breksitin indiyə qədər ən böyük əleyhdarlarından biri Fransa sayılırdı. Rəsmi Paris Britaniyanın AB-dən çıxma qarşılığında təşkilata 100 milyard ödəməsini istəyirdi.