Fransanın 2030-cu ilə qədər ölkənin milli təhlükəsizlik prioritetlərini müəyyən edən strateji nəzəriyyəsinə görə, böhranların yığılması gərginliyin artması və genişmiqyaslı sabitliyi pozan amillərin meydana çıxması ehtimalını artırıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Fransa hökuməti açıqlama yayıb.
Həmin hesabatda iddia olunur ki, Ukrayna və Yaxın Şərqdəki müharibələr digər kəsişən və bir-birinə qarışan böhranlara əlavə olunub. Cənubi Qafqaz (Ermənistan, Azərbaycan), Asiya (Tayvan boğazı, Koreya yarımadası, Cənubi Çin dənizi, Myanma), Afrika (Böyük Göllər, Darfur, Sahel, Afrika Buynuzu) bölgələrdə eskalasiya riski böyükdür”.
Fərda Uğur