Fövqəladə Hallar Nazirliyinin xanım zabiti sevgilisini polisə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Fövqəladə Hallar Nazirliyinin xanım əməkdaşı sevgilisi tərəfindən döyülüb.
 

Bakıda Fövqəladə Hallar Nazirliyinin xanım əməkdaşı sevgilisi tərəfindən döyülüb. Criminal.az saytının məlumatına görə, Sabunçu rayonu, Yavər Əliyev küçəsindəki yaşayış binasında yaşayan xanım gənc sevgilisi tərəfindən hücuma məruz qaldığından polisə müraciət edib. 

Məlum olub ki, FHN-in baş leytenantı olan xanım bir müddət əvvəl gənc oğlanla tanış olub. Sonradan məlum olub ki, həmin şəxs məhkumluq həyatı yaşayıb. Həmin oğlan onu mütəmadi döyərək pul alırmış. 

Bu gün də həmin oğlan onun evinə gələrək döyüb və pul tələb edib. Sevgilisinin əlindən xilas olan qadın polisə üz tutub. 

Hadisə yerinə polis gəlsə də, həmin şəxs evi tərk etdiyindən saxlamaq mümkün olmayıb.