Suriyada zəlzələ nəticəsində dağıntılar altında qalan iki azyaşlı uşağın görüntüləri dünyada gündəmə çevrilib.
Tribunainfo.az xarici mediaya istinadla bildirir ki, İdlibdə azyaşlı bacı və qardaş saatlar sonra xilas edilib.
Uşaqların xəstəxanaya çatdırıldığı və vəziyyətlərinin yaxşı olduğu bildirilir.
