Bu gün Ümumdünya Fotoqraflar Günü kimi qeyd olunur.
TİA.AZ xəbər verir ki, fotoqraf peşəsinin tarixi 1839 ildə Lui Daqer tərəfindən Parisdə “Sənətkar Akademiyası”nda ilk foto fiksasiya ilə gözəl fotolar əldə etmək üsulu ilə yaranmışdır.
İlk fotonu çəkmək üçün Jozef Nisefor Nyeps 8 saat zaman sərf edib. 12 iyul 1826-cı ildə çəkilən ilk ağ-qara foto “Pəncərədən mənzərə” adlanırdı. XIX əsrin ortalarında isə rəngli fotolar meydana gəldi. Onların çəkilməsi üçün isə üç fotokameradan istifadə edilirdi, bu fotokameralara rəng filtri (qırmızı, yaşıl və göy) quraşdırılırdı.
Fotoqrafiya gününün məhz 12 iyulda qeyd edilməsinin digər səbəbi isə, “Kodak” şirkətinin təsisçisi “fotoqrafiyanı hamı üçün əlçatan” edən Corc İstmanın doğum gününün məhz bu günə təsadüf etməsidir.
Fotoqraflar, yalnız həyatımızın xoş məqamlarını deyil, nə qədər arzuolunmaz olsa da müharibə və ölümü, zorakılıq və qəddarlığı, insan xislətinə xas olmayan dəhşətli hadisələri də çəkməyə məcburdurlar.
İlahə