TİA.AZ-ın xəbərinə görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib.
O,bildirib ko, ölkəmizdə əhalinin böyük hissəsinin tez-tez istifadə etdikləri məkanlardan biri də idman obyektləri və qurğularıdır. Müxtəlif əhali qrupları, o cümlədən, idmançıların sağlamlığının prioritet olduğunu nəzərə alaraq, vaxtında qabaqlayıcı tədbirlər görülməsi məqsədi ilə Gənclər və İdman Nazirliyinin tabeliyində olan Olimpiya İdman Komplekslərinin və digər idman müəssisə və qurğularının fəaliyyəti müvəqqəti dayandırılır:
“Bununla yanaşı, Bakıda keçirilməsi nəzərdə tutulan cüdo idman növü üzrə Böyük Dəbilqə turniri, karate idman növü üzrə böyüklər arasında Avropa Çempionatı və Formula 1 Azərbaycan Grand Prisisinin də təxirə salınması ilə bağlı müzakirələr aparılır.
Məlumat üçün bildiririk ki, Respublika çempionatları və ölkə birinciliklərinin keçirilməsi də təxirə salınıb”.