Formula 1-də üçüncü sərbəst yürüşün nəticələri məlum oldu

Formula 1-də üçüncü sərbəst yürüşün nəticələri məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Formula 1 SOCAR Azərbaycan Qran Prisinin üçüncü sərbəst yürüşü başa çatıb.

Üçüncü sərbəst yürüşündə “Ferrari” komandasının pilotları fərqləniblər.

Çarls Lekler birinci, Sebastian Fettel isə ikinci olublar. İlk üçlüyü Maks Ferstappen (“Red Bull Racing Honda”) tamamlayıb.

Saat 17:00-da isə Formula 1 yarışlarının sıralanma turu keçiriləcək.

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.