Gözəl görünmək və formada qalmaq üçün gündə 10.000 addım atmaq hədəfi uzun illərdir populyar olsa da, yeni araşdırma bunun heç də zəruri olmadığını göstərib.
Tribunainfo.az Earth.com-a istinadən xəbər verir ki, yazdığına görə, bu nəticələr BMC Public Health elmi jurnalında dərc olunan ABŞ-da aparılmış 12 illik tədqiqatın nəticələrinə əsaslanır.
Alimlərin araşdırmasına görə, hipertoniyadan əziyyət çəkən insanlar üçün gündəlik addım sayının cəmi 1000 artması belə, ümumi ölüm riskini 9%, ürək-damar xəstəliklərindən ölüm riskini isə 8% azaldır.
Lakin maraqlısı budur ki, addım sayı 8250-ni keçdikdə ümumi sağlamlığa əlavə fayda qeydə alınmayıb, ürək sağlamlığı üçün isə bu hədd 9700 addım səviyyəsində dayanır.
Başqa sözlə, 10.000 addım atmaqla 8000 addım atmaq arasında sağlamlıq baxımından ciddi fərq yoxdur.
Bu nəticələr 2019-cu ildə yaşlı qadınlar arasında aparılmış bir başqa araşdırmanı da təsdiqləyir. Həmin araşdırma da 7500 addımın, 10.000 addım qədər uzunömürlülüyə müsbət təsir göstərdiyini göstərmişdi.
Qızıl orta: 8000 – 9700 addım
Gündə 8000-9700 addım atmaq, orta ölçülü addımlarla 6.7 – 7.8 km məsafəyə uyğun gəlir. Bu məsafə boyunca təxminən 300-400 kalori yandırılır, bu da düzgün qidalanma ilə həftəlik təxminən yarım kilo arıqlamağa kömək edə bilər.
ABŞ-ın Milli Sağlamlıq və Qidalanma Araşdırmaları da göstərib ki, hətta həftədə cəmi 2-3 gün bu qədər addım atmaq belə, ölüm riskini 15%-ə qədər azalda bilər.
Vaxtı olmayanlara məsləhətlər
Əgər uzun yürüşlərə vaxt tapmırsınızsa, araşdırma gündəlik 10-15 dəqiqəlik qısa yürüş seanslarını tövsiyə edir:
“Səhər yenilənməsi”,
“Günorta gəzintisi”,
“Axşam relaksı”.
Bundan başqa, lift əvəzinə pilləkəndən istifadə etmək, maşını uzaq yerə park etmək, zənglər zamanı gəzmək, bazar alış-verişində çanta daşımaqla hərəkət etmək – bütün bunlar gizli addımları artırır və adi işi gücləndirici məşqə çevirir.
İmran Kərimli