“Qarabağ”dan ayrılan Juninyo yeni klubu “Flamenqo”nun futbolçusu kimi Braziliya Futbol Konfederasiyasında qeydiyyatdan keçib.
Tribunainfo.az QOL.az-a istinadla xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.
Qaydalara görə, yeni transfer olunan futbolçu alındığı tarixdən sonra qarşıdakı matça ən azı 5 gün qalmışa qədər qeydiyyata düşməlidir. Bu səbəbdən Juninyonun rəsmi transferi üçün hər hansı əngəl qalmayıb.
O, yanvarın 25-də “Volto Redonda” komandasına qarşı keçiriləcək rəsmi matçda debüt edə bilər.
Qeyd edək ki, “Flamenqo” hazırda ABŞ-da təlim-məşq toplanışındadır. Juninyo yeni komandasının düşərgəsinə onlar ABŞ-dan Braziliyaya qayıtdıqdan sonra qoşulacaq. Hələlik futbolçu fərdi məşq edir.
“Flamenqo”nun baş məşqçisi Felipe Luis inanır ki, 28 yaşlı hücumçu yanvarın 25-də keçiriləcək matça hazır olacaq.