“Fizyoopediatri Rehabilitasyon Mərkəzi” 20 min manat cərimələndibackend

“Fizyoopediatri Rehabilitasyon Mərkəzi” 20 min manat cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk və yerli həkim heyətindən ibarət “Fizyoopediatri Rehabilitasyon Merkezi” ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, sözügedən mərkəz İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsini pozub. Mərkəz lisenziyasız fəaliyyət göstərdiyi üçün cərimələnib. Belə ki, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
Mərkəzlə bağlı iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. 18 sentyabr tarixində hakim Abbas Rzayevin sədrliyi ilə işə baxılacaq.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar