“İmprotex Motors” MMC-yə inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi (DGK) ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsi üzrə protokol tərtib edib.
İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin sədrliyi ilə araşdırılacaq.
Qeyd: Qanuni təmsilçisi keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov olan şirkət BMW, MINI və Rolls-Royce avtomobillərinin Azərbaycanda rəsmi idxalçısıdır.