Fizika üzrə Nobel mükafatının QALİBLƏRİbackend

Fizika üzrə Nobel mükafatının QALİBLƏRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün İsveçin paytaxtı Stokholm şəhərində Fizika üzrə 2022-ci il Nobel mükafatı qaliblərinin adları açıqlanıb.

TİA.AZ-ın xəbərinə görə, qaliblərin elan olunma mərasimi İsveç Kral Elmlər Akademiyasında keçirilib.Fizika üzrə 2022-ci il Nobel mükafatı qalibləri fransız fizik, kvant optikası üzrə mütəxəssi Alain Aspect, kvant mexanikası üzrə ixtisaslaşmış amerikalı fizik John F. Clauser və kvant informasiyası sahəsində çalışan avstriyalı alim Anton Zeilinger olub.

Onlar bu mükafata “Bell bərabərsizliklərinin pozulmasını təyin edən və Kvant məlumat elmi olan dolaşıq fotonlara dair təcrübələr üçün” layiq görülüb.