E.Makron məsələ barədə hələ seçki kampaniyaları zamanı söz açmışdı
Publika.az xəbər verir ki, prezident bu məqsədlə ictimai məkanlarda qadınlara fit çalmaq və onlardan telefon nömrələrini istəmək kimi adətləri qadağan etmək üçün qanun layihəsi imzalayıb.
E.Makron məsələ barədə hələ seçki kampaniyaları zamanı söz açmışdı. Hazırda isə layihənin tətbiq edilməsi üçün komanda qurub.
Komandada yer alan 5 vəkil cinayətlərə verilən cəzalardan öncə küçə təcavüzünün hüquqi çərçivələrini təyin etmək üçün işlərə başlayıb. Layihəyə qarşı çıxanlar da az olmayıb. Onlar küçə təcavüzünün qarşısının alınmasının çətin məsələ olduğunu, çünki cinayətin işlənməsini sübut etmək üçün nadir hallarda dəlil tapılacağını deyib.
Fransada ictimai nəqliyyatda və küçədə qadınlara yaxınlaşmaq və kobud rəftar etmək, fit çalmaq kimi ənənələr artıq fenomen halına gəlib. Qadınlar olduqca narahat olsalar da, kişilər bu ənənədən məmnundurlar.
TİA.AZ