“Təhminə” filmində Təhminə obrazına məni çəkəcəkdilər. Çatan kimi yataq səhnəsini göstərdilər, dedim, çəkilmirəm.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova Kulis.az-a müsahibəsində deyib. Aktrisa bildirib ki, hər şey yataqdan başlamır:
“Təhminə hər qadına qismət olmayan obrazdır. Bildim ki, məni çəkməyəcəklər.
Türk aktrisanı çəkdilər, o da alınmadı. Çünki türklərlə bizim həyat tərzimiz fərqlidir. O obrazı ancaq bir azərbaycanlı aktrisa lazım olan səviyyədə oynaya bilərdi.
Mən heç bir kommersiya filminə çəkilmirəm. “Azərbaycanfilm” nəsə çəksə, dəvət etsə, çəkilərəm”.
Gülşən Rəsul










