Tribunainfo.az xəbər verir ki, bu gün Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirilib.
Qurultayda mədəniyyət naziri Adil Kərimli də iştirak edib.
Nazir çıxışında qurultay iştirakçılarına tövsiyələrini bildirib, ittifaqa gələcək fəaliyyətində uğurlar arzulayıb.
Bir sıra məruzələr dinlənilib.
Daha sonra sədr seçkisi olub. Səsvermə nəticəsində Xalq artisti Firəngiz Əlizadə yenidən ittifaqın sədri seçilib.
Qeyd edək ki, 75 yaşlı bəstəkar 2007-ci ildən Bəstəkarlar İttifaqına rəhbərlik edir