Vətəndaşa vurduğu maddi və mənəvi zərərə görə “Finoko” Bank Olmayan Kredit Təşkilatı məhkəməyə verilib.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, “Finoko” BOKT-la bağlı iddianı məhkəmədə Ağa Hüseynov Əməldar oğlu qaldırıb.
İşin mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. İddiaçı “Finoko”nun ona vurduğu maddi və mənəvi zərəri ödəməsini tələb edir.
İşə Yasamal Rayon Məhkəməsində hakim Günel Əkbərlinin sədrliyi bu gün, 26 sentyabr tarixində baxılacaq.