“Finoko” BOKT yenə məhkəməyə verildi

“Finoko” BOKT yenə məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Finoko” Bank Olmayan Kredit Təşkilatı növbəti dəfə məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, sözügedən BOKla bağlı iddianı bu dəfə şikayətçi Zeynalova Gülarə Nurəli qızı qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. İddiaçı BOKT-u borc müqaviləsi səbəbindən məhkəməyə verib.

“Finoko” BOKT-la bağlı iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilib. 14 fevral tarixində hakim Fərman Həmidlinin sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “Finoko” BOKT ASC-nin təsisçiləri Elçin Əliyev (50%) və Elmar Əliyev (50%) qardaşlarıdır. 2023-cü ildə Bakı Fond Birjasında səhmlər buraxıb və səhm kapitalı 4.855 mln. manatdan 5.355 mln. manata qaldırılıb.

Tərəfləri dinləməyə hazırıq.

Nigar