“Finoko” Bank Olmayan Kredit Təşkilatı ilə bağlı növbəti dəfə məhkəməyə müraciət olunub.
Tribunainfo.az xəbər verir ki, sözügedən BOKT-la bağlı iddianı Məmmədov İlqar Arif oğlu qaldırıb. BOKT-la yanaşı prosesə cavabdeh qismində “Vamiq” Kəndli Fermer Təsərrüfatı da cəlb edilib.
İddiaçı həm “Finoko” BOKT-la, həm də “Vamiq” Kəndli Fermer Təsərrüfatı ilə bağlanmış müqaviləərin ləğv edilməsini istəyir.
İş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. 15 oktyabr tarixində hakim Aydan Oruclunun sədrliyi ilə işə baxılacaq.
Nigar