Bank Olmayan Kredit Təşkilatı “Finoko” ilə bağlı cərimə protokolu imzalanıb.
Tribunainfo.az xəbər verir ki, “Finoko” BOKT İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 422-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu, investisiya fondunun idarəçisi və emitent tərəfindən qiymətli kağızlar bazarı haqqında qanunvericiliyə görə açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmasından və ya dərc edilməsindən imtina etməyə və ya yayınmağa, yaxud açıqlanması və ya dərc edilməsi üçün müəyyən edilmiş müddətin və qaydanın pozulmasına görə, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
“Finoko” ilə bağlı iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. 29 oktyabr tarixində hakim Orxan Məmmədlinin sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “Finoko” BOKT Elmar və Elçin Əliyev qardaşlarının şərik kredit təşkilatıdır.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul