“Finoko” Bank Olmayan Kredit Təşkilatının müştəriləri ilə məhkəmə çəkişməsi davam edir.
Tribunainfo.az xəbər verir ki, “Finoko” BOKT qarşıdakı 30 gün ərzində 25 məhkəmə prosesinə çıxacaq. İşlərin əksəriyyəti mükli iş olsa da, kommersiya mübahisələri də var. Sözügedən BOKT müştəriləri ilə həmçinin mənzil mübahisəsi də yaşayır.
Belə ki, “Finoko” 3 ayrı ailnin mənzilindən çxarılması üçün iddia qaldırıb. Hər üç işin də mahiyyəti eynidir – mənzil mübahisəsi, mənzildən çıxarılma, əmlak tələbi. Proseslərdə cavabdehlərin adları açıqlanmır.
Lerik rayon Məhkəməsində qaldırılmış işə 18 fevral tarixində hakim Yusif Zeynalovun sədrliyi ilə baxılacaq. Abşeron rayon Məhkəməsində qaldırılmış işə isə 4 mart tarixində hakim Elman Məmmədovun sədrliyi ilə baxılacaq. 5 mart tarixində təyin edilən işə isə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq. Bu iş hakim Lalə Rəhimlinin icraatındadır.
Qeyd edək ki, “Finoko” BOKT ASC-nin təsisçiləri Elçin Əliyev (50%) və Elmar Əliyev (50%) qardaşlarıdır.
Qarşı tərəfi dinləməyə hazırıq.