“FİNOKO” BOKT 8 NƏFƏRİ EVİNDƏN ÇIXARIR – MƏHKƏMƏ

“FİNOKO” BOKT 8 NƏFƏRİ EVİNDƏN ÇIXARIR – MƏHKƏMƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Finoko” Bank Olmayan Kredit Təşkilatı 8 nəfərdən ibarət olan bir ailənin yaşadığı mənzili əlindən almağa çalışır.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, “Finoko” BOKT bununla bağlı artıq məhkəmədə iddia qaldırıb. İşə hakim Əfqan Ələkbərovun sədrliyi ilə baxılacaq.
İşin mahiyyəti mənzil mübahisələri, mənzildən çıxarılmadır.

“Finoko”nun iddiası təmin olunarsa, Əzizov Arif, Əzizova Səmimə, Əzizov Xaqan, Əzizov Məhəmməd, Əzizova Fəhimə, Qurbanova İlahə, Əzizov Cavid, Qurbanova Zərniyar evsiz qalacaq.

Tərəflər arasında növbəti proses 14 iyul tarixinə təyin edilib.