“Finoko” BOKT 4 ailənin evini əlindən almaq istəyir

“Finoko” BOKT 4 ailənin evini əlindən almaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreditorlarla mütəmadi olaraq problem yaşayan “Finoko” Bank Olmayan Kredit Təşkilatının müştəriləri ilə mənzil mübahisəsi davam edir.

Tribunainfo.az xəbər verir ki, “Finoko” BOKT 4 müştərisinin mənzilinə göz dikib. BOKT problem yaşadığı müştərilərin mənzilini əlindən almaq üçün məhkəməyə müraciət edib.
Hazırda “Finoko” 4 ayrı ailənin mənzilindən çxarılması üçün iddia qaldırıb. Hər dörd işin də mahiyyəti eynidir – mənzil mübahisəsi, mənzildən çıxarılma, əmlak tələbi. Proseslərdə cavabdehlərin adları açıqlanmır.
Sumqayıt şəhər Məhkəməsində qaldırılmış işə sabah – 27 fevral tarixində hakim Günel Tanrıverdiyevanın sədrliyi ilə baxılacaq. Abşeron rayon Məhkəməsində qaldırılmış işə isə 4 mart tarixində hakim Elman Məmmədovun sədrliyi ilə baxılacaq. 5 mart tarixində təyin edilən işə isə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq. Bu iş isə hakim Lalə Rəhimlinin icraatındadır. Abşeron rayon Məhkəməsində qaldırılmış digər işə isə 17 mart tarixində baxılacaq ki, bu iş də hakim Habil Məmmədovun icraatındadır.

Qeyd edək ki, “Finoko” BOKT ASC-nin təsisçiləri Elçin Əliyev (50%) və Elmar Əliyev (50%) qardaşlarıdır.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar