FİNLANDİYADAN KRİTİK ZİYARƏT – NATO YOLU ANKARADA AÇILIRbackend

FİNLANDİYADAN KRİTİK ZİYARƏT – NATO YOLU ANKARADA AÇILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesinin ayrılması və Finlandiyanın üzvlüyünün təsdiqlənməsi gündəmdə olduğu halda, Ankara bu gün mühüm qonağı qəbul edir.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Finlandiyanın seçkilərdən əvvəl üzvlüyünün təsdiqlənməsi gündəmdə olarkən, Finlandiya prezidenti Sauli Niinistö bu gün Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Ankaranın dayandırdığı Türkiyə -İsveç-Finlandiya üçtərəfli danışıqları bir müddət əvvəl NATO-nun Brüsseldəki mənzil-qərargahında bərpa edilmişdi. Görüşdə Türkiyəni xarici işlər nazirinin müavini Burak Akçapar və Prezidentin sözçüsü İbrahim Kalın, NATO rəsmiləri də masa arxasında təmsil edib