Finlandiya və İsveç NATO-dan çıxır? – Açıqlama

Finlandiya və İsveç NATO-dan çıxır? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Moskva ilə münasibətlərini yaxşılaşdırmaq üçün Finlandiya və İsveçin NATO-dan çıxarılmasını tələb edə bilər. Bu sözləri
Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun analitiki Jussi Lassila deyib.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən politoloq Elşən Manafov məsələyə aydınlıq gətirib.

Politoloqun sözlərinə görə, Rusiya ilə münasibətlərin normallaşdırılması konteksində Trampın adı çəkilən dövlətlərə çağırışla müraciət etməsi nəzəri baxımdan istisna edilə bilməz. Bildiyimiz kimi Rusiyanın kollektiv Qərbə ünvanlanmış narazılığının kökündə duran əsas amillərdən biri NATO-nun Şərqə doğru genişlənməsidir.

“Məlumdur ki, NATO soyuq müharibə dövründə Qərb dövlətlərinin SSRİ ilə siyasi, hərbi qarşıdurması zamanı yaranmış hərbi blokdur. Qərb onun müdafiə alyansı olduğunu iddia edirdi. SSRİ-nin dağılmasından sonra onun Şərqə, Rusiya sərhədlərinə doğru genişlənməsi isə Moskvada haqlı olaraq Qərbə ünvanlanmış suallar doğururdu. Müdafiə alyansı olan bu hərbi blok niyə hücum mövqelərindən çıxış edib və Rusiya sərhədlərinə yaxınlaşır və əslində onun təhlükəsizliyini təhdid edir. Yeltsin iqtidarı dövründə əldə edilmiş razılıqlara görə, NATO Şərqə tərəf genişlənməyəcəyi ilə bağlı öhdəliklər götürsə də, onlara əməl etmədi.1997-ci ildən sonra bir birinin ardınca Şərqi Avropa dövlətləri-Çexiya, Bolqarıstan, Polşa, Macarıstan, Rumıniya, Slovakiya,Sloveniya, Xorvatiya, Litva,Latviya, Estoniya və b. NATO alyansına qoşuldular.2007-ci ildə Münhendə Avropa Təhlükəsizlik problemlərinə həsr olunmuş konfransda Rusiya prezidenti Putin bu tendensiyanın Rusiyanın təhlükəsizliyi üçün ciddi təhdid olduğuna işarə edərək Şimal Alyansına münasibətlərin kəskinləşməsi istiqamətində addımlar atmamağı tövsiyyə etdi.
Lakin, Ukraynada müharibənin başlanması Qərbə Rusiyanın təcavüzkar olması
və “ruslar gəlirlər” kimi ideoloji kursun ətrafında təbliğatı gücləndirməyə əsas verdi. Nəticə etibarı ilə 2023-cü ildə Finlandiya, 2024-cü ildə isə İsveç NATO-ya üzv oldular və bununla da Qərb tərəfindən Rusiyaya münasibətdə mühasirə həlqəsi qapandı. Lakin, Ukrayna müharibəsi göstərdi ki, kollektiv Qərb hələ də müharibə yolu ilə Rusiyaya qalib gəlmək iqtidarında deyil.
Tramp Rusiya və xüsusilə Çinlə qarşıdurmanı yumşaq güc müstəvisi üzərində aparmaq niyyətindədir. Onun Kanada, Panama, Qrelandiya ilə bağlı layihələri Rusiya və Çini bir birindən ayırmağı ehtiva edir. ABŞ NATO-da əsas güc və nüfuz sahibi olduğundan Tramp adı çəkilən dövlətlərə NATO-nu tərk etməyi təklif edə bilər. Avropanın bu məsələdə fərqli davranışı NATO-nun parçalanması
proseslərinin əsasını qoya bilər.
Tramp artıq bir neçə dəfə Avropaya özünün təhlükəsizlik problemlərini ABŞ-ın üzərinə yükləməməyi tövsiyyə edib və ABŞ-ı Rusiyadan ayıran təbii səddə, okeana diqqəti cəlb edərək Avropanın belə bir səddə malik olmamasına işarə edib”.

Dəniz