Rusiya sərhədinə yaxın Finlandiyada 2,8 min hərbçinin iştirakı ilə təlimlər başlayıb.
Tribunainfo.az xəbər verir ki, təlimlər noyabrın 30-dan dekabrın 4-dək Kayanilə Kuhmo şəhərlərinin Vuosanka və Sotinpuro poliqonlarında keçiriləcək.
Təlimlərə 2,8 min hərbçi, 600 nəqliyyat və döyüş hərbi texnikası, “NH90” və “MD 500” helikopterləri cəlb edilib.
Hərbçilər hücuma və müdafiəyə hazırlaşmaq, qış mövsümündə qaranlıq zamanı irəliləyən düşmənin hücumunun qarşısını almaq üçün məşqlər edəcəklər.