Finlandiya ordusu Rusiya ilə sərhəddə istehkamlar tikir – Torpaq sahələri satın alınır

Finlandiya ordusu Rusiya ilə sərhəddə istehkamlar tikir – Torpaq sahələri satın alınır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya hakimiyyəti Rusiya sərhədi yaxınlığındakı torpaq sahələrinin sahibləri ilə gizli müqavilələr bağlayır.

“AzPolitika.info” Qərb mediasına istinadla xəbər verir ki, bu müqavilələrə əsasən, torpaq mülkiyyətçiləri Fin ordusuna öz torpaqlarında müdafiə istehkamları tikməyə icazə verirlər. Sənədləri imzalayan zaman 750 avro birdəfəlik ödəniş alırlar. Müdafiə Nazirliyi nə vaxt istehkamların tikintisinə başlamaq qərarına gələrsə, sahiblər hərbçilərin istifadə edə biləcəyi ərazinin hər hektarına görə 4800 avro alacaqlar.

Medianın yazdığına görə, ordu təxminən altı il əvvəl torpaq sahibləri ilə müqavilələr bağlamağa start verib. Lakin 2022-ci ilin fevralında Rusiya Ukraynada müharibəyə başladıqdan sonra müqavilələrin sayı kəskin şəkildə artıb. Finlandiya Müdafiə Nazirliyinin nümayəndəsi Sauli Hongistonun sözlərinə görə, torpaq sahibləri ölkənin təhlükəsizliyini təmin etmək zərurətini başa düşdükləri üçün bu cür müqavilələr bağlamağa daha həvəsli olublar.

Həmin ərazilərdə hərbçilər istehkamlar qura və təlim keçirə bilərlər. Müqavilə olmasaydı, ordu yalnız fövqəladə vəziyyət vəziyyətində şəxsi torpaqlardan istifadə edə bilərdi.

Müqavilələrdə deyilir ki, onların bağlanması hərbi tikintinin dərhal başlaması demək deyil. Ordu istədiyi vaxt buna başlaya bilər. Müqavilə 20 illikdir.

Finlandiya keçən ilin iyununda Rusiya ilə sərhədində təhlükəsizlik maneələri qurmağı planlaşdırdığını açıqlamışdı. Bundan əlavə, sərhədi möhkəmləndirmək üçün ölkə sərhədçilərin sayını artırmaq, texniki müşahidə və kəşfiyyat təyyarələri üçün yeni avadanlıq almaq qərarına gəlib. Hasarların tikintisinə bu ilin fevralında başlanılıb.