Finlandiya 6 ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilir. Amma Finlandiya xalqı bu fikirlə razı deyil. “Xoşbəxtsinizmi?” sualına isə “Halımızdan məmnunuq” deyə cavab veriblər. Finlər bildiriblər ki, dünyada baş verən bir çox qorxunc hadisələrdən, qorxudan uzaqıq. Onların fikrincə sosial güvən daha önəmlidir.
Tribunainfo.az finlərin niyə xoşbəxt ölkə olduğu barədə araşdırmanı təqdim edir.
Finlandiyada hətta 7 yaşlı uşaqlar məktəbə tək velosipedlə gedə bilirlər.
Finlandiyanın 6 il ərzində dünyanın ən xoşbəxt ölkəsi seçilməsinin səbəblərindən biri də ölkədə sosial güvənin, cəmiyyətin bir-birinə inamının çox yüksək səviyyədə olmasıdır.
Finlandiyada yaşayan insanların böyük əksəriyyəti pul qabılarını itirsələr belə narahat olmurlar, çünki bilirlər ki, geri qayıdacaq.
Onlar körpələrini rahatlıqla parkda tək qoyub gedə bilərlər.
Finlandiya həm də iş-həyat balansı ilə tanınır. Burada ofislər saat 17:00-dan sonra boş olur.
Finlandiyada uşaqlar azaddır və insanlar qonşularına güvənir, təbiətdə od yandırmağı, işdən vaxtında çıxmağı bilirlər.
Finlandiya hökuməti dünyanın ən güclü sosial təminat sistemlərindən birini idarə edir. Ölkə 2021-ci ildə ÜDM-in 24 faizini sosial müdafiəyə ayırıb. Ölkədə vergilər yüksəkdir, lakin səhiyyə və təhsil – doktorantura səviyyəsinə qədər – bütün vətəndaşlar üçün pulsuzdur.
Bundan əlavə, uşağa baxım xərclərinin müəyyən hissəsinin dövlət tərəfindən ödənildiyi Finlandiyada vətəndaşların 5 həftəlik, qışda bir, yayda isə 4 həftəlik məzuniyyət hüququ var.
Digər tərəfdən, Finlandiyada işinizi itirsəniz, hökumət sizə yeni iş tapmaqda kömək edir. İşini itirən şəxs uşaqlarının təhsilinə və ya həyat yoldaşının tibbi sığortasına təsir etmir.
2023-cü il Dünya Xoşbəxtlik Hesabatının ilk 10 sıralaması aşağıdakılardır:
1. Finlandiya
2. Danimarka
3. İslandiya
4. İsrail
5. Hollandiya
6. İsveç
7. Norveç
8. İsveçrə
9. Lüksemburq
10. Yeni Zelandiya