FİNLANDİYA LİDERİ ƏRDOĞANI RAZI SALMAĞA GƏLİR – NATO MÜƏMMASIbackend

FİNLANDİYA LİDERİ ƏRDOĞANI RAZI SALMAĞA GƏLİR – NATO MÜƏMMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya prezidenti Sauli Niinistö prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gələcək.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən məlumata görə, Finlandiya prezidenti Sauli Niinistö Ərdoğanın dəvəti ilə martın 16-17-də Türkiyəyə işgüzar səfər edəcək.

Martın 17-də İstanbulda keçiriləcək görüşlərdə Türkiyə-Finlandiya münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

İkitərəfli əlaqələrlə yanaşı, NATO-nun Madrid Zirvə Toplantısı çərçivəsində imzalanmış Üçtərəfli Memorandum əsasında Finlandiyanın NATO-ya üzvlük müraciəti, Türkiyə-Avropa İttifaqı münasibətləri, aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsinin aparılması da nəzərdə tutulub.