“Fine Up” MMC gömrük qaydalarını belə pozur

“Fine Up” MMC gömrük qaydalarını belə pozur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Changan” avtomobillərinin satışı, servisi və ehtiyyat hissələri üzrə fəaliyyət göstərən “Fine Up” MMC gömrük qaydalarını pozub.

Tribunainfo.az xəbər verir ki, “Fine Up”-ın İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“Fine Up”la bağlı iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. 21 yanvar tarixində hakim Rauf Daşdəmirovun sədrliyi ilə işə baxılacaq.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar